Sizin reklam burada
Sizin reklam burada

Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək

Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək


2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul çərçivəsində məktəb seçimi mərhələsi iyulun 21-də başlayır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına əsasən, valideynlər iyulun 21-i saat 11:00-dan etibarən Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında məktəb seçimini həyata keçirə biləcəklər.

Bakı şəhəri üzrə seçim prosesi həmin gün saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 22-si saat 11:00-da başlayacaq.

Qeydiyyat mektebeqebul.edu.az portalı vasitəsilə aparılır və sentyabrın 14-ü saat 18:00-dək davam edəcək.

Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul edilir.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına elektron qeydiyyat iyulun 10-dan başlayıb. Həmçinin 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qəbul prosesi mayın 6-dan etibarən davam edir.

MÜTDA-nın məlumatına görə, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qruplarından avtomatik olaraq birinci sinfə keçirilib.

  • Sosial şəbəkədə paylaş