
22 İyul tarixi Azərbaycan jurnalistləri üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün milli mətbuatımızın yaranmasının ildönümü olmaqla yanaşı, jurnalist peşəsinə verilən hörmət və ehtiramın da ifadəsidir. Bir əsrdən artıq tarixə malik Azərbaycan mətbuatı xalqın maariflənməsi, milli şüurun inkişafı və dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynayıb.
Müasir dövrdə media cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. İstər televiziya, istər qəzet, istər radio, istərsə də onlayn media insanların gündəlik həyatında mühüm yer tutur. Jurnalistlər hadisələri operativ şəkildə izləyərək ictimaiyyətə çatdırır, insanların düzgün məlumatlandırılması üçün böyük zəhmət sərf edirlər.
Peşəkar jurnalistikanın əsas prinsipləri olan obyektivlik, qərəzsizlik, operativlik və məsuliyyət hər zaman qorunmalıdır. Güclü media güclü cəmiyyətin formalaşmasına xidmət edir və ölkənin inkişafında mühüm rol oynayır. Milli mətbuatımızın gələcəkdə də daha böyük uğurlara imza atacağına inam böyükdür.
22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın bütün jurnalistlərini, redaktorlarını, operatorlarını, fotojurnalistlərini, texniki heyətini və media sahəsində çalışan hər kəsi ürəkdən təbrik edir, onlara sağlam ömür, ailə səadəti, tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətlərində uğurlar və daim həqiqətin keşiyində dayanmağı arzulayırıq. Milli mətbuatımızın inkişaf yolu daim uğurlu və işıqlı olsun!
Elşad Quluyev
Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi
