Sizin reklam burada
Sizin reklam burada

Bundestaqdan çağırış: Ermənistanı Avropa və Rusiya arasında seçimə məcbur etməyin

Bundestaqdan çağırış: Ermənistanı Avropa və Rusiya arasında seçimə məcbur etməyin

Almaniya və Avropa Birliyi (AB) Ermənistanı Avropa və Rusiya arasında seçim etməyə məcbur etməməlidirlər.

Bu barədə Bundestaq üzvü Matthias Moosdorf "İzvestiya"ya bildirib.

"Bundestaq üzvləri, əlbəttə ki, mümkün referendum məsələsini qaldırırlar. Lakin həlledici amil belə bir qərarın yalnız Ermənistan xalqına məxsus olmasıdır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Almaniya və Avropa Birliyi ölkəni Avropa ilə Rusiya arasında süni seçim etməyə məcbur etməməlidir. O hesab edir ki, respublikanın "xüsusi gücü" məhz onun siyasi bərabərliyində və eyni zamanda Aİ, Rusiya və digər tərəfdaşlarla münasibətləri qorumaq qabiliyyətindədir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ