Sizin reklam burada
Sizin reklam burada

Qarabağ Həqiqətlərinin Dünyaya Çatdırılmasında Medianın Rolu

Qarabağ Həqiqətlərinin Dünyaya Çatdırılmasında Medianın Rolu


Azərbaycan mediası uzun illər Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər görmüşdür. Jurnalistlər işğal dövründə baş verən hadisələri, məcburi köçkünlərin problemlərini və xalqımızın haqq səsini dünyaya çatdırmışlar.

Vətən müharibəsi zamanı media nümayəndələri operativ məlumatlandırma apararaq informasiya cəbhəsində mühüm rol oynadılar. Onların fəaliyyəti həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasına böyük töhfə verdi.

Bu gün də jurnalistlər azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini işıqlandırır, Azərbaycanın inkişafını dünyaya nümayiş etdirirlər.

22 iyul Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri ürəkdən təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!

Aydın Rəhimov,
Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəis müavini

  • Sosial şəbəkədə paylaş