
Media hər bir cəmiyyətin inkişafında mühüm rol oynayan əsas institutlardan biridir. Güclü media insanların məlumat almaq hüququnu təmin edir, cəmiyyətdə şəffaflığın güclənməsinə kömək edir, ictimai nəzarətin formalaşmasına öz töhfəsini verir. Məhz buna görə inkişaf etmiş ölkələrdə medianın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan mediası da uzun inkişaf yolu keçərək müasir informasiya məkanının ayrılmaz hissəsinə çevrilib. Qəzetlər, televiziya kanalları, radio və onlayn media qurumları ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatını operativ şəkildə işıqlandırır. Jurnalistlər gecə-gündüz çalışaraq insanların doğru informasiya ilə təmin olunması üçün böyük zəhmət çəkirlər.
Müasir dövrdə dezinformasiyaya qarşı mübarizə medianın əsas vəzifələrindən biridir. Dəqiq və obyektiv xəbər hazırlamaq jurnalistin peşə borcudur. Cəmiyyətin mediaya olan etimadı məhz peşəkarlıq və dürüstlük prinsiplərinə əsaslanır.
Milli Mətbuat Günü münasibətilə bütün media işçilərini ürəkdən təbrik edir, onlara sağlamlıq, peşə fəaliyyətlərində uğurlar, yeni yaradıcılıq nailiyyətləri və daim yüksək nüfuz arzulayırıq.
Aydın Bəşirov
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi
