Sizin reklam burada
Sizin reklam burada

Milli mətbuat – cəmiyyətin aynası

Milli mətbuat – cəmiyyətin aynası

22 İyul Azərbaycan milli mətbuatının yaranmasının ildönümüdür. Bu tarix təkcə jurnalistlərin peşə bayramı deyil, həm də milli düşüncənin, maarifçiliyin və azad sözün bayramıdır. 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə əsası qoyulan milli mətbuatımız uzun və şərəfli inkişaf yolu keçərək bu gün müasir informasiya məkanının mühüm hissəsinə çevrilib.

Mətbuat cəmiyyətin problemlərini gündəmə gətirən, insanların səsini aidiyyəti qurumlara çatdıran, dövlətlə vətəndaş arasında informasiya körpüsü yaradan əsas vasitələrdən biridir. Peşəkar jurnalistika cəmiyyətin inkişafına, şəffaflığın təmin olunmasına və ictimai məsuliyyətin güclənməsinə mühüm töhfə verir.

22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara sağlamlıq, yaradıcılıq uğurları və peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

Xəyalə Töhrablı,
Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini

  • Sosial şəbəkədə paylaş