
22 iyul təkcə peşə bayramı deyil, həm də həqiqətə sədaqətin, sözə hörmətin və ictimai məsuliyyətin təntənəsidir. Azərbaycan mətbuatı əsrlər boyu xalqın maariflənməsinə, milli şüurun formalaşmasına və dövlətçilik ideyalarının möhkəmlənməsinə xidmət etmişdir.
Bu gün jurnalistlər sürətlə dəyişən dünyada cəmiyyətin düzgün məlumatlandırılması üçün böyük zəhmət çəkirlər. Onların peşəkarlığı və məsuliyyəti informasiya məkanının sağlam inkişafı üçün vacibdir.
Milli Mətbuat Günü həm də keçmiş jurnalist nəsillərinin xatirəsini yad etmək, onların zəngin irsini gələcək nəsillərə ötürmək üçün əlamətdar gündür.
22 iyul Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, redaktorları, operatorları, fotoqrafları və media sahəsində çalışan hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, yaradıcılıq ilhamı və daim uğurlar arzulayırıq!
İlhamə Abdullayeva
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri
