Sizin reklam burada
Sizin reklam burada

Milli Mətbuat Günü – peşəkarlığın bayramı

Milli Mətbuat Günü – peşəkarlığın bayramı

22 İyul Azərbaycan jurnalistləri üçün xüsusi əhəmiyyət daşıyan gündür. Bu tarix milli mətbuatımızın zəngin ənənələrini, jurnalistlərin fədakar əməyini və cəmiyyət qarşısındakı məsuliyyətini bir daha xatırladır.

Bu gün media nümayəndələri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını işıqlandırmaqla, insanların doğru məlumat almaq hüququnun təmin edilməsində mühüm rol oynayırlar. Peşəkar jurnalistikanın inkişafı cəmiyyətin inkişafı ilə birbaşa bağlıdır.

Təbrik: Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, redaktorları, operatorları, fotojurnalistləri və media sahəsində çalışan hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə uğurları, yeni yaradıcılıq nailiyyətləri və daim obyektiv fəaliyyət arzulayırıq. Azərbaycanda milli mətbuatın inkişafı davamlı və uğurlu olsun!

Asif İsmayılov
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aparat rəhbərinin müavini

  • Sosial şəbəkədə paylaş