
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə medianın rolu daha da artıb. Artıq xəbərlər saniyələr ərzində dünyanın istənilən nöqtəsinə çatdırılır. Bu imkanlar cəmiyyətin operativ məlumatlandırılmasına şərait yaratsa da, eyni zamanda xəbərlərin doğruluğunun yoxlanılması və peşəkarlığın qorunması zərurətini də artırır.
Azərbaycan mediası da bu yeniliklərə uyğun inkişaf edir. Onlayn xəbər portalları, televiziya kanalları, radio və sosial media platformaları ölkənin informasiya həyatında mühüm yer tutur. Media təkcə məlumat vermir, həm də maarifləndirir, sosial problemləri gündəmə gətirir, ictimai müzakirələrin aparılmasına şərait yaradır.
Güclü media cəmiyyətin inkişafına, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə və şəffaflığın təmin olunmasına xidmət edir. Buna görə də jurnalistlərin peşəkarlığı və etik davranışı hər zaman xüsusi əhəmiyyət daşıyır.
Müasir informasiya texnologiyalarının inkişafı jurnalistlərin fəaliyyətini daha çevik etsə də, eyni zamanda dezinformasiya ilə mübarizə məsələsini də aktuallaşdırıb. Buna görə peşəkar jurnalistika əvvəlkindən daha vacib əhəmiyyət daşıyır. Obyektiv və dəqiq informasiya cəmiyyətin sağlam inkişafının əsas şərtlərindən biridir.
Milli Mətbuat Günü münasibətilə bütün media işçilərini ürəkdən təbrik edir, onlara sağlamlıq, peşə uğurları, bol yaradıcılıq və yeni nailiyyətlər arzulayırıq.
Hatəm İbrahimov,
Xeyriyyəçi- İş adamı
