Sizin reklam burada
Sizin reklam burada

27 Sentyabr – Şəhidlərimizi unutmadığımız, qəhrəmanlığımızı xatırladığımız gün

27 Sentyabr – Şəhidlərimizi unutmadığımız, qəhrəmanlığımızı xatırladığımız gün


27 Sentyabr hər bir azərbaycanlı üçün dərin mənəvi məna daşıyan tarixdir. Bu gün Anım Günü kimi qeyd olunur və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi böyük ehtiramla yad edilir.
Azərbaycan xalqı üçün Vətən anlayışı həmişə müqəddəs olub. Vətən uğrunda canından keçmək isə ən böyük fədakarlıq hesab edilir. 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı minlərlə Azərbaycan əsgəri və zabiti bu müqəddəs amal uğrunda döyüşdü.
Müharibə zamanı Azərbaycan Ordusunun şəxsi heyəti böyük iradə, dözüm və qəhrəmanlıq nümayiş etdirdi. Əsgərlərimiz çətin döyüş şəraitində qarşıya qoyulan tapşırıqları yerinə yetirdilər. Bu mübarizədə şəhid olan qəhrəmanlarımız isə öz adlarını Azərbaycanın müasir tarixinə əbədi yazdırdılar.
Anım Günü bir daha göstərir ki, şəhidlərimizin xatirəsi yalnız bir gün deyil, hər zaman yaşadılmalıdır. Onların ailələrinə göstərilən hörmət, övladlarına verilən diqqət, adlarının əbədiləşdirilməsi və qəhrəmanlıq tarixlərinin təbliği bunun mühüm hissəsidir.
Bu gün məktəblərdə keçirilən tədbirlərdə şəhidlərimizin həyatı haqqında danışılır, onların keçdiyi döyüş yolu gənclərə çatdırılır. Bu, gələcək nəsillərin Vətən sevgisi ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Şəhidlərimizin bizə miras qoyduğu ən böyük dəyər Vətən sevgisi və fədakarlıq nümunəsidir. Onların xatirəsini yaşatmaq, tariximizi qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
27 Sentyabr – Anım Günü münasibətilə bütün şəhidlərimizi sonsuz ehtiram və minnətdarlıqla yad edirik. Onların ailələrinin qarşısında baş əyir, qazilərimizə ehtiramımızı bildiririk. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun!



Aydın Rəhimov,
Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəis müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ