Sizin reklam burada
Sizin reklam burada

27 Sentyabr – Qürurla və ehtiramla xatırladığımız tarix

27 Sentyabr – Qürurla və ehtiramla xatırladığımız tarix

Hər bir xalqın tarixində gələcək nəsillərə ötürülməsi vacib olan mühüm hadisələr var. Azərbaycan xalqının müasir tarixində 27 Sentyabr belə tarixlərdən biridir. Anım Günü kimi qeyd olunan bu tarix Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə dərin ehtiramın ifadəsidir.
Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı böyük birlik nümayiş etdirdi. Ölkənin hər yerində insanlar ordumuza dəstək oldu, əsgər və zabitlərimizin yanında dayandı. Cəmiyyətin bütün təbəqələri Vətən müharibəsinin gedişini böyük diqqətlə izləyir, qələbə xəbərlərini qürurla qarşılayırdı.
Lakin bu qələbənin ağır və acı tərəfi də vardı. Minlərlə ailə öz doğmasını, övladını, atasını, qardaşını və həyat yoldaşını itirdi. Bu səbəbdən 27 Sentyabr həm qürur, həm də dərin hüzn günüdür.
Şəhidlərimizin qəhrəmanlığı qarşısında zaman anlayışı öz əhəmiyyətini itirir. Onların adları və göstərdikləri şücaət gələcək nəsillərə ötürüləcək. Məktəblərdə keçirilən tədbirlərdə, müxtəlif anım mərasimlərində və ictimai tədbirlərdə şəhidlərimizin həyat yolu gənclərə çatdırılır.
Vətən uğrunda canından keçən insanların xatirəsini yaşatmaq yalnız bir günün işi deyil. Şəhidlərimizin ailələrinə hörmət göstərmək, qazilərimizə diqqətlə yanaşmaq və onların keçdiyi yolu gələcək nəsillərə anlatmaq cəmiyyət olaraq üzərimizə düşən mənəvi məsuliyyətdir.
27 Sentyabr Anım Günü münasibətilə bütün şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Onların əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Elşad Quluyev
Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ