Sizin reklam burada
Sizin reklam burada

27 Sentyabr – Vətən sevgisinin ən böyük ifadəsi

27 Sentyabr – Vətən sevgisinin ən böyük ifadəsi

Azərbaycan xalqı tarix boyu Vətəninə, torpağına və dövlətinə bağlılığı ilə seçilib. 27 Sentyabr isə bu bağlılığın, milli həmrəyliyin və Vətən sevgisinin müasir tariximizdə ən mühüm ifadələrindən biri kimi yadda qalıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının həyatında yeni tarixi mərhələ yaratdı. Həmin gün Azərbaycan Ordusu qarşısında duran vəzifələri həyata keçirmək üçün hərbi əməliyyatlara başladı. Ordumuzun əldə etdiyi uğurlar və 44 günlük müharibənin nəticələri Azərbaycan tarixinin mühüm hadisələrindən biri oldu.
Bu müharibə zamanı Azərbaycanın hər yerindən olan insanlar böyük birlik nümayiş etdirdilər. Cəbhədə hərbçilərimiz öz canları bahasına döyüşdükləri halda, arxa cəbhədə xalqımız onlara mənəvi dəstək verdi. Şəhid ailələrinin və qazilərin qayğıları cəmiyyətin diqqət mərkəzində oldu.
27 Sentyabrın əsas mahiyyəti isə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsidir. Onlar Azərbaycan xalqının azadlığı, təhlükəsizliyi və ərazi bütövlüyü uğrunda həyatlarını fəda etdilər. Şəhidlərimizin qəhrəmanlığı qarşısında sözlər bəzən kifayət etmir. Onların xatirəsinə ən böyük ehtiram tariximizi qorumaq və gələcək nəsillərə çatdırmaqdır.
Bu gün Azərbaycan gəncləri şəhidlərimizin həyatından və qəhrəmanlıq nümunələrindən örnək götürürlər. Onların keçdiyi döyüş yolu, Vətənə bağlılığı və fədakarlığı gələcək nəsillərin milli-mənəvi tərbiyəsində mühüm rol oynayır.
Anım Günü hər birimizi düşünməyə vadar edir: Vətən yalnız yaşadığımız torpaq deyil, həm də uğrunda insanların həyatını fəda etdiyi müqəddəs dəyərdir.
27 Sentyabr münasibətilə bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, şəhid ailələrinə səbir diləyirik. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi daim yaşayacaq!


Ramin Abasov
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ