Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Tədbirlər çərçivəsində uşaqlar üçün müxtəlif maarifləndirici, əyləncəli və yaradıcı fəaliyyətlər həyata keçirilib, onların sevinc dolu anlar yaşaması və asudə vaxtının səmərəli təşkili diqqətdə saxlanılıb.
Bu əlamətdar gün münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq. Uşaqların sevgi, qayğı və keyfiyyətli təhsil mühitində böyüməsi daha güclü cəmiyyətin və parlaq gələcəyin əsasını təşkil edir.
Qoy hər bir uşağın həyatı sevinc, uğur və yeni nailiyyətlərlə dolu olsun!
