Goranboy-Naftalan rayonları üzrə və Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə "Korrupsiya ilə əlaqədar hüquq pozmalar və hüquqi məsuliyyət" mövzusunda maarifləndirici tədbirlər keçirilir.
Tədbirlər çərçivəsində təhsil müəssisələrinin rəhbər heyətinə korrupsiya hallarının qarşısının alınması, etik davranış qaydalarına əməl olunması, şəffaflığın təmin edilməsi və hüquqi məsuliyyət məsələləri barədə ətraflı məlumat verilir. Çıxışlarda korrupsiya hüquqpozmalarının təhsil mühitinə mənfi təsirləri, qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri, eləcə də bu istiqamətdə preventiv yanaşmanın əhəmiyyəti diqqətə çatdırılır.
Maarifləndirici görüşlərin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində sağlam idarəetmə mühitinin formalaşdırılması, hüquqi maarifləndirmənin artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində məsuliyyətli yanaşmanın gücləndirilməsidir.
