Sizin reklam burada
Sizin reklam burada

"Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş intellektual yarışın regional mərhələsi keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual yarışın regional mərhələsi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin şəhərsalma, memarlıq, tarix və mədəni irs sahələrinə marağının artırılması, onların intellektual potensialının inkişaf etdirilməsi, komandalararası əməkdaşlıq və sağlam rəqabət mühitinin təşviq olunması olub.
Regional mərhələdə şəhər və rayon mərhələlərinin qalibi olmuş komandalar mübarizə aparıblar. Yarışda Gəncə şəhərindən 4, Göygöl rayonundan 2, Naftalan şəhərindən 1, Samux rayonundan 1, Daşkəsən rayonundan 1 və Kəlbəcər rayonundan 1 olmaqla ümumilikdə 10 komanda iştirak edib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin “Legion” komandası I yerə, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin “İnertsiya” komandası II yerə, Samux rayonunun “Sarraf” komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, regional mərhələnin qalibi olan “Legion” komandası yarışın respublika mərhələsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsini təmsil etmək hüququ qazanıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ