08 iyun 2026-cı il tarixində V. Məmmədov adına Çiyni kənd tam orta ümumtəhsil məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektoru və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar “Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda seminar keçirilib.
Tədbirdə çıxış edənlər narkotik vasitələrdən istifadənin insan sağlamlığına, cəmiyyətə və gələcək nəslə vurduğu zərərlərdən, həmçinin narkomaniyaya qarşı mübarizənin əhəmiyyətindən bəhs ediblər. Gənclərə sağlam həyat tərzinin üstünlükləri haqqında məlumat verilib, onları zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.
Seminar iştirakçıların mövzu ətrafında fikir mübadiləsi aparması ilə davam edib.
Sağlam həyat düzgün seçimdən başlayır!
