Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IV siniflərində təhsil alan 3323 nəfər şagird 40 mərkəzdə monitorinqə cəlb olunub.
Şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30 olmaqla, ümumilikdə 60 sualdan ibarət sual kitabçaları təqdim olunub.
Monitorinqin əsas məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, onların müvafiq standartlar üzrə bilik və bacarıqlarının səviyyəsinin müəyyən edilməsi, həmçinin tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Şagirdlərimizə uğurlar arzulayırıq!
