Sizin reklam burada
Sizin reklam burada

Səhər yuxulu və yorğun olursunuz? - Enerjinizi artırmağın sadə yolları

Səhər yuxulu və yorğun olursunuz? - Enerjinizi artırmağın sadə yolları

Günə yorğun başlamaq və işə çatdıqdan sonra özünü yuxulu hiss etmək bir çox insanın qarşılaşdığı problemdir. Mütəxəssislər bildirirlər ki, bəzi sadə vərdişlər gün ərzində enerji səviyyəsini artırmağa kömək edə bilər.

Səhər oyandıqdan sonra bir stəkan su içmək orqanizmin daha tez ayılmasına kömək edir. Qısa gəzinti və ya yüngül fiziki hərəkətlər isə qan dövranını sürətləndirərək yuxululuğu azaldır.

Mütəxəssislər səhər yeməyini buraxmamağı da tövsiyə edirlər. Zülal və faydalı karbohidratlarla zəngin qidalar gün ərzində enerji səviyyəsinin sabit qalmasına kömək edir.

Bundan əlavə, qapalı məkanda uzun müddət qalmaq yorğunluğu artıra bilər. Bu səbəbdən iş otağının mütəmadi havalandırılması və gün işığından maksimum istifadə olunması məsləhət görülür.

Qeyd olunur ki, gecə kifayət qədər yatmamaq gün ərzində yorğunluğun əsas səbəblərindən biridir. Böyüklər üçün hər gecə 7-9 saat keyfiyyətli yuxu tövsiyə edilir.

Mütəxəssislərin fikrincə, düzgün qidalanma, kifayət qədər su qəbulu və fiziki aktivlik enerjili qalmağın ən təsirli yolları hesab olunur.(Milli.Az)

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ