Sizin reklam burada
Sizin reklam burada

Kiyevdə matəm elan edildi

Kiyevdə matəm elan edildi


Kiyev bölgəsində Rusiyanın raket və dron hücumu nəticəsində ölənlərlə bağlı matəm günü elan olunub.

Bunu Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko açıqlayıb.

Onun sözlərinə görə, matəm çərçivəsində bölgədə Ukraynanın Dövlət bayraqları yarıya qədər endiriləcək, həmçinin əyləncə xarakterli tədbirlərin keçirilməsi məhdudlaşdırılacaq.

Qeyd edək ki, avqustun 5-i gecə Kiyev vilayətinə həyata keçirilən kütləvi raket və dron hücumu nəticəsində 17 mülki şəxs həlak olub, 44 nəfər yaralanıb.

  • Sosial şəbəkədə paylaş