Sizin reklam burada
Sizin reklam burada

Mağazada həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxundu

Mağazada həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxundu


Bakıda həyat yoldaşını işlədiyi mağazada bıçaqlayan Fəxrəddin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Fəxrəddin Quliyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı təqsirləndirilən Fəxrəddin Quliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, hadisə 2025-ci il dekabrın 2-də Bakının Üzeyir Hacıbəyli küçəsində yerləşən “Kontakt Home” mağazasında baş verib.

Bakı şəhər sakini 34 yaşlı Fəxrəddin Quliyev mağazaya basqın edərək orada işləyən həyat yoldaşı, Sumqayıt şəhər sakini 31 yaşlı Leyla Quliyevaya bıçaqla zərbələr endirib. L.Quliyeva qaçsa da, əri ona çataraq, kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd göstərib.

F.Quliyev şübhəli şəxs qismində saxlanılıb. L.Quliyeva xəstəxanaya yerləşdirilib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

F. Quliyev Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məsuliyyətə cəlb edilib.

  • Sosial şəbəkədə paylaş