Sizin reklam burada
Sizin reklam burada

Cəlilabadda qırılan elektrik naqili tələfata səbəb oldu

Cəlilabadda qırılan elektrik naqili tələfata səbəb oldu


Cəlilabad rayonunun Privolnoye kəndində qırılaraq yerə düşən elektrik naqili cins inəyin tələf olmasına səbəb olub.

Hadisə kənd sakini Bariz Məhərrəmova məxsus heyvanların örüş sahəsinə aparılması zamanı baş verib.

Küçədə qırılaraq yerə düşmüş elektrik naqili heyvana toxunub və nəticədə cins inək tələf olub.

Təsərrüfat sahibinin sözlərinə görə, tələf olan inəyin diri dəyəri 4 min manata yaxındır.

Onun sözlərinə görə, kənddəki elektrik xəttində çoxsaylı qüsurlar var, bu ərazidə elektrik naqillərinin qırılaraq yerə düşməsi halları mütəmadi olaraq baş verir.

Kənd sakinləri bildirirlər ki, köhnə elektrik xətləri təkcə heyvanlar üçün deyil, insanlar üçün də ciddi təhlükə yaradır. Onlar köhnəlmiş elektrik xətlərinin və dirəklərinin yeniləri ilə əvəz olunmasını istəyirlər.

  • Sosial şəbəkədə paylaş