Avqustun 4-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin edilib.
Axtarışda olan 104, o cümlədən borclu şəxs qismində 80, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi 4 və dələduzluğa görə 4 nəfər aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər də saxlanılıb.

