Rusiya kimi güclü bir nüvə dövlətini məğlub etmək cəhdləri faydasızdır. Bu, mümkün deyil.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a bildirib.
"Bu məqsəd tamamilə faydasız, absurddur və heç vaxt baş tutmayacaq. Çünki güclü nüvə gücü olan Rusiyaya "strateji məğlubiyyət" vermək mümkün deyil. Lakin Qərb təəssüf ki, bunu Kiyevdəki adamları vasitəsilə etməyə çalışır", - nazir müavini qeyd edib.

