Sizin reklam burada
Sizin reklam burada

İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu

İspaniya sərhədində dəhşət: 141 miqrant həlak oldu


Mərakeşdən İspaniyanın Seuta şəhərinə keçməyə çalışan azı 141 nəfər həyatını itirib.

Bu barədə "Cadena SER" radiosu məlumat yayıb.

BildiriliB ki, ölənlərdən 78-nin meyiti İspaniya tərəfində, daha 63-nün cəsədi isə Mərakeş ərazisində aşkarlanıb. Həlak olanların əksəriyyəti 20-30 yaşlı gənc kişilərdir. Qurbanlar arasında qadınlar, azyaşlılar və Saxaradan cənubdakı Afrika ölkələrindən olan miqrantlar da var.

Xatırladaq ki, iyulun sonunda Seuta son illərin ən böyük qeyri-qanuni miqrant axını ilə üzləşmişdi. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, şəhərə təxminən 72 min nəfər daxil olub. Onlardan 70 minə yaxını sonradan yenidən Mərakeşə qayıdıb.

Qeyd edək ki, Seuta şəhərinin əhalisi cəmi 85 min nəfərdir.

  • Sosial şəbəkədə paylaş