Sizin reklam burada
Sizin reklam burada

Rusiya Odessada iki gəmini vurub: Ölən və yaralananlar var

 Rusiya Odessada iki gəmini vurub: Ölən və yaralananlar var

Rusiya Ukraynanın Odessa vilayətində iki mülki gəmini vurub.

Bu barədə Ukrayna baş nazirinin müavini Aleksey Kuleba "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, dron hücumu nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb. Həlak olan şəxsin Suriya vətəndaşı olduğu vurğulanır.

Qeyd edilir ki, hücuma məruz qalmış gəmilər Sent-Kits və Nevis, eləcə də Komor adaları bayraqları altında hərəkət ediblər.

Gəmilərdən biri taxıl yükləyirdi, digəri isə soya daşıyırdı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ