Sizin reklam burada
Sizin reklam burada

Sabah 1600 abonentin qazı kəsiləcək

Sabah 1600 abonentin qazı kəsiləcək


Sabah Sumqayıt şəhəri, Ceyranbatan MTN bağları adlanan ərazidə qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, ərazidə diametri 89 mm olan yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəzlənməsi ilə əlaqədar olaraq saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində qeyd olunan ərazidə təxminən 1600 istehlakçının qaz təchizatında fasilə yaranacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ