Sizin reklam burada
Sizin reklam burada

Qazın qiyməti kəskin BAHALAŞDI

Qazın qiyməti kəskin BAHALAŞDI


Avropa bazarlarında "mavi yanacağ"ın dəyəri 2023-cü ilin yanvarından bu yana ilk dəfə min kubmetr üçün 750 ABŞ dolları həddini aşıb.
Bu barədə Londonun ICE birjasının göstəricilərindən məlum olub. Qiymət artımı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazını bağlamaq ehtimalı ilə əlaqəli bəyanatları fonunda müşahidə edilir.
Niderlandın TTF habında aprel füçerslərinin qiyməti min kubmetr üçün təqribən 756 dollara və ya MVt/saat üçün 63.005 avroya qədər artıb (hazırkı məzənnəyə uyğun olaraq, ICE-də qiymətlər MVt/saat üçün avro ilə hesablanır).
Günün başlanğıcından etibarən kotirovkaların ümumi artımı 40%-dən çox təşkil edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ