Sizin reklam burada
Sizin reklam burada

Müharibə genişlənir: ABŞ-ın hücum planı, İranın cavab taktikası - DETALLAR

Müharibə genişlənir: ABŞ-ın hücum planı, İranın cavab taktikası - DETALLAR


İran müharibəsində ABŞ-ın ilk mümkün ssenari kimi hesabladığı iki məsələdə “gözlənilməz nəticə” olduğu görünür.

Birincisi, Xameneinin ölümü rejim daxilində gözlənilən parçalanmanı yaratmadı: səbəb İranın bu ssenariyə öncədən hazırlaşmasıdır, Laricaninin prosesi idarə etməsi də bunu deməyə əsas verir; rejim daxilində dağılma perspektivləri var, lakin bu, müharibənin gedişində - xilas yolunun qalmadığı halda açıq şəkildə ortaya çıxa bilər;

İkincisi, İranın hücumlara “total müharibə” məntiqi ilə cavab verməsidir: Körfəz ölkələrindən Kiprə qədər geniş coğrafiyada hərbi obyektlərlə yanaşı, hava limanları və otellər də hədəf seçilib;

Bu vəziyyət müharibənin daha uzunmüddətli olacağı, hətta regional müstəviyə keçəcəyi risklərini yaradır. Prosesin bu istiqamətdə inkişafında maraqlı olan İran müharibə alovunu genişləndirməklə xilas olmaq şanslarını artımağa çalışır. Tehranın müharibənin gedişi ilə bağlı hesablamaları...

1. İlk 10 gün ərzində hücumlara dözməklə təzyiqin azalacağına ümid edir, ABŞ-İsrail cəbhəsində problemlərin ortaya çıxmasını, xüsusilə bahalı əməliyyatda nəticənin gecikməsinin Vaşinqton və Təl-Əvivdə narazılıq yaradacağını gözləyir: itkilər artacağı təqdirdə Trampa qarşı siyasi təzyiq güclənə bilər;
2. Körfəz ölkələrini hədəfə almaq və Hörmüz boğazında daşımalara problemlər yaratmaqla qlobal enerji bazarını böhran həddinə çatdırmaqdır: bununla əməliyyatın dayanması və danışıqları başlanması üçün qlobal tələbin formalaşacağını düşünürlər;
3. Proksi qüvvələrin də hərəkətə keçməsi (artıq Hizbullah ilk addımlarını atır) və İsrailə, eləcə də ABŞ bazalarına qarşı hücumlarla müharibənin genişləndirlməsi planlar arasındadır;
3. Müharibənin uzanması və qlobal iqtisadiyyata mənfi təsir etməsi körfəz ölkələrinin, eləcə də Çinin əməliyyatlara qarşı mövqeyini kəskinləşdirə, ABŞ və İsrailin işini çətinləşdirə bilər;

İranın “total müharibə” taktikasının hədəfi belə görünür və əsas gözləntisi mümkün danışıqları kapitulyasiya şərtlərindən kənara çıxarmaqdır. Hərçənd, buna nail olmağın mümkünlüyü də sual altındadır.

- İranın raket ehtiyatlarının uzunmüddətli əks-hücum əməliyyatlarında yetərli olacağı sual altındadır;
- Həbi baza, raket və silah anbaları, aerodromların hücuma məruz qalması İranın hərbi arsenalını zəiflədir;
- ABŞ və İsrailin hava məkanının nəzarətə götürməsi gözləntisi rejimin müqavimətini zəiflədəcək;

Və Trampın “Böyük hücum dalğası başlamayıb, İran xalqı hələ evdə qalmalıdır” açıqlaması fonunda ABŞ-ın daha ağır zərbələr endirəcəyi fikrini ön plana çıxarır. İstisna deyil ki, İranın hava məkanı nəzarətə götürüləndən sonra ABŞ döyüş təyyarələrinin hərəkətə keçməsi planlaşdırılır. Son mərhələdə Trampın istinsa etmədiyi “quru əməliyyatı” yerli və regional silahlı birləşmələrin iştirakı ilə mümkün ssenarilər arasındadır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ