Bolqarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketinin müəyyən bəndlərinin əleyhinə mövqe nümayiş etdirib.
Bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi də məlumatı təsdiqləyib.
Bolqarıstan Rusiya Federasiyasına qarşı hazırlanan bir sıra yeni sanksiyaları, xüsusilə də energetika sahəsini əhatə edən məhdudiyyətləri dəstəkləmir.
Ölkənin XİN-i həmçinin Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə qarşı tətbiq edilməsi planlaşdırılan fərdi restriksiyaların (məhdudiyyətlərin) əleyhinə olduğunu bəyan edib.
Nəşr qeyd edir ki, Bolqarıstanın bu mövqeyi yeni sanksiyalar paketinin yekun variantının razılaşdırılması prosesində Aİ-yə üzv ölkələr arasında aparılan diplomatik müzakirələri daha da mürəkkəbləşdirib.
Xatırladaq ki, Viktor Orbanın Baş nazir olduğu dövrdə Macarıstan mütəmadi olaraq Rusiyaya sanksiya tətbiqinə qarşı çıxırdı.

