Sizin reklam burada
Sizin reklam burada

Bu ölkənin ən aktiv vulkanı 700 metr hündürlüyə kül püskürdü

Bu ölkənin ən aktiv vulkanı 700 metr hündürlüyə kül püskürdü
Şərqi Yavada yerləşən Semeru vulkanı hündürlüyü təqribən 700 metr olan kül sütunu püskürdüb.

Bu barədə İndoneziya Geologiya Agentliyinə istinadla “RCTI+” nəşri məlumat yayıb.

Püskürtü yerli vaxtla saat 17:40-da baş verib. Göyə qalxan külün rəngi ağdan bozadək dəyişib, tüstü buludu şimal-şərq istiqamətinə yönəlib.

Günorta saatlarından 18:00-dək olan müşahidə dövründə vulkanoloqlar müddəti 78 ilə 182 saniyə arasında dəyişən 26 yeraltı təkan və üç kül tullantısı qeydə alıblar. Semerunun aktivlik səviyyəsi üçüncü xəbərdarlıq səviyyəsində qalır.

Son bir həftə ərzində bu vulkan 40 dəfə, 2026-cı ilin əvvəlindən bəri isə 1 794 dəfə püskürüb ki, bu da onu İndoneziyanın ən fəal vulkanına çevirir.

Vulkanologiya Mərkəzi sakinləri zirvədən 13 kilometrə qədər məsafədə, Besuk Kobokan çayı boyunca cənub-şərq sektorunda heç bir fəaliyyət ilə məşğul olmamağa çağırıb. Bu zonadan kənarda çay sahillərindən 500 metrdən daha yaxın məsafədə olmaq qadağandır, çünki zirvədən 17 kilometr məsafəyə qədər isti buludların və lava axınlarının yayılması riski mövcuddur. Həmçinin qızmar daşların səpilməsi təhlükəsi səbəbindən kraterdən 5 kilometr radiusda hər hansı fəaliyyət qadağandır.

  • Sosial şəbəkədə paylaş