Sizin reklam burada
Sizin reklam burada

Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim

Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim

Azərbaycan səhiyyəsinin inkişafında öz peşəkarlığı, elmi fəaliyyəti və uğurlu cərrahi təcrübəsi ilə seçilən tanınmış həkimlərdən biri də tibb üzrə fəlsəfə doktoru (PhD), plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmovdur. O, uzun illərdir ki, həm elmi, həm də praktik fəaliyyətini insan sağlamlığının qorunmasına, estetik və rekonstruktiv cərrahiyyənin inkişafına həsr etmiş, minlərlə pasiyentin etimadını və rəğbətini qazanmış peşəkar tibb mütəxəssisidir.

Dilqəm Məhərrəmov Azərbaycan tibb ictimaiyyətində yüksək ixtisaslı plastik və rekonstruktiv cərrah kimi tanınır. Hazırda akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində böyük elmi işçi kimi fəaliyyət göstərir və elmi araşdırmalarla yanaşı, mürəkkəb cərrahi əməliyyatların icrasında da mühüm xidmətlər göstərir.

Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim

Onun peşəkar inkişafının təməli möhkəm tibbi təhsil üzərində qurulmuşdur. 1996–2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində ali təhsil almış, 2002–2003-cü illərdə cərrah ixtisası üzrə internatura keçmişdir. Daha sonra 2004–2007-ci illərdə akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində aspirantura təhsili alaraq elmi fəaliyyətini uğurla davam etdirmişdir. Plastik cərrahiyyə sahəsində bilik və bacarıqlarını daha da təkmilləşdirmək məqsədilə Moskva Dövlət Tibb Elmi Mərkəzində ixtisasartırma kursu keçmişdir.

Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim

Elmi fəaliyyətini davam etdirən Dilqəm Məhərrəmov 2018–2023-cü illərdə doktorantura təhsili almış, eyni zamanda Qazaxıstanın Almatı şəhərində N.A. Sızqanov adına Milli Elmi Cərrahiyyə Mərkəzinin Plastik Rekonstruktiv Mikrocərrahiyyə şöbəsində elmi hazırlıq keçərək beynəlxalq təcrübə qazanmışdır. Bu təcrübə onun peşəkar fəaliyyətinin daha da zənginləşməsində mühüm rol oynamışdır.

Əmək fəaliyyətinə nəzər saldıqda, 2008–2017-ci illərdə akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi və plastik cərrah kimi çalışmış, həmin dövrdə tibb üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini qazanmışdır. 2017–2018-ci illərdə böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmiş, sonrakı illərdə isə elmi və praktik fəaliyyətini uğurla davam etdirmişdir.

Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim

Dilqəm Məhərrəmov estetik və rekonstruktiv cərrahiyyə sahəsində beynəlxalq səviyyədə tanınan mütəxəssislərdəndir. O, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konqres və simpoziumlarda məruzələrlə çıxış etmiş, Azərbaycanı layiqincə təmsil etmişdir. Onun əsas elmi maraq istiqamətləri rinoplastika, mammoplastika, üz estetikası, postbariatrik plastik cərrahiyyə və rekonstruktiv mikrocərrahiyyə sahələrini əhatə edir. İspaniya və İtaliyada keçdiyi beynəlxalq fellowship proqramları onun peşəkar biliklərinin daha da təkmilləşməsinə mühüm töhfə vermişdir.

Tibb üzrə fəlsəfə doktoru, plastik, estetik və rekonstruktiv cərrah Dilqəm Məhərrəmov – peşəkarlığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu həkim

Dilqəm Məhərrəmovun peşəkarlığı beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Plastik Cərrahlar Dərnəyinin, Azərbaycan Estetik Təbabət Assosiasiyasının, Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin və Beynəlxalq Plastik Cərrahlar Cəmiyyətinin (ISAPS) üzvüdür. Bu üzvlüklər onun beynəlxalq tibbi standartlara sadiqliyinin və peşəkar nüfuzunun göstəricisidir.

Yüksək məsuliyyət hissi, daim yeniliyə açıq olması, pasiyentlərə humanist yanaşması və peşəsinə sonsuz sevgisi Dilqəm Məhərrəmovu ölkəmizin nüfuzlu plastik cərrahlarından birinə çevirmişdir. O, təkcə uğurlu əməliyyatları ilə deyil, həm də elmi fəaliyyəti, gənc həkimlərin hazırlanmasına verdiyi töhfə və Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi xidmətlərlə böyük hörmət qazanmışdır.

Təbrik

Hörmətli Dilqəm Məhərrəmov!

Sizi 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə ürəkdən təbrik edirik!

İnsan sağlamlığının keşiyində dayanaraq göstərdiyiniz fədakar xidmət, yüksək peşəkarlığınız, uğurlu cərrahi fəaliyyətiniz və tibb elminin inkişafına verdiyiniz qiymətli töhfələr təqdirəlayiqdir.

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi, yeni elmi nailiyyətlər, peşə fəaliyyətinizdə davamlı uğurlar və həyata keçirdiyiniz bütün xeyirxah işlərdə müvəffəqiyyətlər arzulayırıq.

Tibb İşçilərinin Peşə Bayramınız mübarək!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ