Sizin reklam burada
Sizin reklam burada

Suriyada yeni valyuta tədavülə buraxılacaq

 Suriyada yeni valyuta tədavülə buraxılacaq

Əvvəlki illərdə pis iqtisadi siyasət nəticəsində Suriya milli valyutası qiymətini itirib. Ən az üç ay ərzində yeni milli valyutanın tədavülə buraxılması planlaşdırılır.

Bunu Suriyanın Mərkəzi Bankının sədri Əbdülqadir əl-Husriyyə “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Sədr əlavə edib ki, pul əsginaslarının üzərində hər hansı şəxsiyyətin şəkli və tarixi rəmzlər olmayacaq.

Qeyd edək ki, Suriya Mərkəzi Bankının sədri bundan əvvəlki müsahibəsində yeni valyutanın 2026-cı ilin yanvarından tədavülə buraxılacağını bildirmişdi.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ