Sizin reklam burada
Sizin reklam burada

Araz çayını üzərək keçdilər: Ermənistana girdilər

Araz çayını üzərək keçdilər: Ermənistana girdilər

İki qrup Əfqanıstan vətəndaşı İrandan Ermənistana qanunsuz yolla girməyə cəhd edib.
Bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib.
Hadisə fevralın 20-də baş verib. Əfqanıstan vətəndaşları Ermənistana çatmaq üçün Araz çayını üzərək keçməyə çalışıblar.
Bununla əlaqədar olaraq, 21 fevralda İstintaq Komitəsi "Dövlət sərhədini qanunsuz keçmə" (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə iki cinayət işi açıb.
İstintaq Komitəsi əlavə məlumat verməyib və qeyd edib ki, onlarda dərc olunmayan məlumatlar var.
Qeyd etmək lazımdır ki, hadisə ABŞ və İsrailin İrana hücumlarından əvvəl baş verib.

  • Sosial şəbəkədə paylaş