İsraildə İranın endirdiyi cavab zərbələri nəticəsində azı 10 nəfər həlak olub, təxminən 360 nəfər yaralanıb.
Bu barədə "ABC News" İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, hücum ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyata cavab olaraq baş verib.
Şənbə günü ABŞ və İsrail İran ərazisində, o cümlədən paytaxt Tehran istiqamətində bir sıra obyektlərə zərbələr endirib. Hücumlar nəticəsində dağıntılar və mülki şəxslər arasında itkilərin olduğu bildirilib.
Bundan sonra İran İsrail ərazisinə, həmçinin Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə raket zərbələri endirib.
