Sizin reklam burada
Sizin reklam burada

Türkiyənin zəlzələ riski ən çox olan bölgələri - Xəritə yeniləndi

Türkiyənin zəlzələ riski ən çox olan bölgələri - Xəritə yeniləndi

Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ölkənin seysmik risk xəritəsini yeniləyib.

Bu qərar episentri Türkiyənin Malatya vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələdən sonra qəbul edilib.

Yenilənmiş xəritəyə əsasən, zəlzələ riski ən çox olan regionlara İzmir, Dənizli, Bursa, Kocaeli, Ərzincan, Hatay, Amasya, Bolu, Çanaqqala və Siirt daxildir.

İstanbulun çox hissəsi, Kahramanmaraş, Adıyaman, Van, Antalya, Qars, Malatya, Adana, Kütahya və Eskişehir “ikinci” risk zonasındadır. Eyni zamanda Türkiyənin bu ərazilərində güclü zəlzələlərin baş verməsi ehtimalı da istisna edilmir.

Ankara, Konya, Şanlıurfa, Kayseri, Mersin, Nevşehir vilayətləri və İstanbul vilayətinin bir hissəsi seysmik təhlükələrə daha az məruz qalır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ