Sizin reklam burada
Sizin reklam burada

18 oktyabr-Müstəqilliyimizin bərpası Günüdür

18 oktyabr-Müstəqilliyimizin bərpası Günüdür


18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissi ilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Akta əsasən, Azərbaycan dövləti 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib. Demək olar ki, həmin Akt Azərbaycan Respublikasının bütün dünyada tanınmasında həlledici rol oynadı. Azərbaycan dünyanın nəhəng dövlətlər ilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına (02.03.1992) üzv oldu. İndi Azərbaycanın səsi Avropa Şurasının, BMT-nin zirvə toplantılarından, yüksək tribunalarından eşidilir. Bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlər ilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb.

2024-cü il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sayəsində ölkənin müstəqilliyi daha da möhkəmləndi, işğal altında olan torpaqları düşmən tapdağından azad etdi. Artıq gələcək nəsillər əmin-amanlıq şəraitində quruculuq işləri ilə məşğul olacaq, respublika dünyanın qüdrətli diyarlarından birinə çevriləcək.


Nərgiz Həsənova
Qarabağ Regional Təhsil İdarəsi,
Bərdə rayonu E. Əsədov adına Türkmən kənd orta məktəbinin direktoru,
Respublikanın Əməkdar müəllimi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ