Sizin reklam burada
Sizin reklam burada

Göyərtəsində 99 sərnişin olan təyyarə qəza siqnalı göndərdi

Göyərtəsində 99 sərnişin olan təyyarə qəza siqnalı göndərdi

“Azimut” aviaşirkətinə məxsus "Superjet" təyyarəsi Sankt-Peterburq-Tbilisi reysi zamanı Nijni Novqorod üzərində fövqəladə vəziyyət siqnalı verib.

Hadisə təyyarənin təxminən 10,5 min metr yüksəklikdə uçduğu zaman baş verib. Pilotların kabinəsində baqaj bölməsində mümkün yanğınla bağlı xəbərdarlıq işə düşüb. Ekipaj beynəlxalq “Mayday” qəza siqnalı verərək yanğınsöndürmə sistemini işə salıb.

Bundan sonra ekipaj təyyarəni Nijni Novqorod hava limanına məcburi endirmək qərarına gəlib. Təyyarədə 99 sərnişin olub. Eniş uğurla həyata keçirilib və xəsarət alan olmayıb.

Təyyarəyə baxış zamanı isə baqaj bölməsində yanğın izləri aşkarlanmayıb. Növbəti səhər təyyarə Moskvaya uçub və texniki yoxlamadan sonra yenidən reyslərə buraxılıb.

  • Sosial şəbəkədə paylaş