Bu il Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümüdür.
33 il əvvəl, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək bütün dünyaya Azərbaycanın demokratik və dünyəvi dövlət olduğunu bəyan etdi.
1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev cümhuriyyətin müstəqilliyini əbədi və dönməz etdi. H.Əliyev ölkədəki hərc-mərcliyi, iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.
2022-ci ilin 15 oktyabrında Milli Məclis prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi.
Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün bərpası idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu. 2023-cü il, sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri zamanı isə Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan hərbçiləri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər nümayiş etdirdilər. 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenlik və dövlətin konstitusiya quruluşu tam bərqərar oldu.
Bayramınız mübarək!
Vidadi Rəhimov
İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi