Sizin reklam burada
Sizin reklam burada

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir

18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir


XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Belə ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü hesab edilir.

Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənləri ürəkdən təbrik edir, müstəqilliyimizin əldə olunmasında və möhkəmləndirilməsində canlarından keçən bütün Şəhidləri dərin hörmətlə anırıq.


Anar Məcidov,
Qarabağ Regional Təhsil İdarəsinin rəis əvəzi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ