Sizin reklam burada
Sizin reklam burada

18 oktyabr - Dövlət müstəqillik günümüzdür!

18 oktyabr - Dövlət müstəqillik günümüzdür!


Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Bu gün - oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"

Azərbaycan xalqı bir nəfər kimi Respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun , sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

1994-cü ilin 15 Oktyabr tarixindən, Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü hər il xalqımız tərəfindən bir bayram kimi qeyd edilir.

Bu münasibətlə xalqımızı Dövlət Müstəqilliyi günü münasibətilə ürəkdən təbrik edir və hər birinizə xoş arzularımızı yetiririk,qəlbində Azərbaycan sevgisi ilə yaşayan bütün insanları təbrik edirik!




Asif İsmayılov,
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin aparat rəhbərinin müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ