Sizin reklam burada
Sizin reklam burada

2 Fevral - Gənclər günü qeyd olunub

2 Fevral - Gənclər günü qeyd olunub
2 Fevral - Gənclər günü qeyd olunub
2 Fevral - Gənclər günü qeyd olunub
2 Fevral - Gənclər günü qeyd olunub
2 Fevral - Gənclər günü qeyd olunub
Şamaxı Mədəniyyət Mərkəzində 2 Fevral - Gənclər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov, Vətən Müharibəsi Veteranı (menecer; sistem kouçu) Fədai Abdullayev, regional idarənin əhatə etdiyi Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və həmin müəssisələrdə çalışan gənc əməkdaşlar iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə gəncləri təbrik edərək, ölkəmizin ictimai-siyasi həyatında onların rolundan söhbət açıb. 1996-cı ildən qeyd olunan “Gənclər Günü”nün Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla rəsmiləşdiyini qeyd edən V. Qurbanzadə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında gənclərimizin göstərdiyi qəhrəmanlığı xüsusi vurğulayaraq ölkəmizin inkişafında gənclərin rolu və bu istiqamətdə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov Azərbaycan Ordusunun 44 günlük zəfər yolundakı şücaətindən, Vətən Mühasibəsi Veteranı Fədai Abdullayev isə Azərbaycan gəncliyinin intellekt savaşına hazırlığının əhəmiyyətindən bəhs etdi.
Tədbirin bədii hissəsində yeni yaradılmış musiqi qrupunun ifasında muğam və təsniflər sələndirilib. Milli musiqi alətlərinin, eləcə də solist Ruslan Adgözəlovun çıxışları gənclərin böyük sevinci və alqışları ilə qarşılanıb.
Sonda tədbirdə iştirak edən 60-dan çox gəncə kitab hədiyyə olunub.
#AzərbaycanRespublikasınınMədəniyyətNazirliyi #DağlıqŞirvanRMİ #2FevralGənclərGünü

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ