Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda bank işçisi həmkarını niyə güllələyib? - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI

Azərbaycanda bank işçisi həmkarını niyə güllələyib? - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI




Bu ilin 23 iyul tarixində Qax rayonunda bank əməkdaşının iş yoldaşını güllələməsi hadisəsinin təfərrüatları üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində iş yoldaşı və əmisinin nəvəsi olan gənci güllələməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Teymur Mustafayevin (ad və soyadlar şərtidir) məhkəməsi başa çatıb. Məhkəmə prosesində hadisənin səbəbləri məlum olub.

T.Mustafayev bildirib ki, 2020-ci ildə ailə qurub və bu ilin mart ayından etibarən arvadının başqa şəxslə münasibətdə olmasından şübhələnib. O, arvadını izləyərkən əmisi nəvəsi Talıb Mustafayevlə gizli danışmasının və yazışmasının şahidi olub. Bundan sonra T.Mustafayev arvadını sorğu-sual edib. Qadın ərinə Talıb tərəfindən şantaj edildiyini və bir neçə dəfə onunla gizli görüşüb intim münasibətdə olmasını etiraf edib.

T.Mustafayev həyat yoldaşını evdən qovandan sonra əmisi nəvəsini görüşə çağırıb və onu avtomobilə oturdaraq Qaxın kəndlərindən birinə aparıb. Orada avtomobildən düşən Teymur Talıbı əlil etmək məqsədilə onu diz nahiyəsindən güllələyib. Ağır xəsarət alan gənc xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Hadisədə iştirak edən hər iki şəxs bank əməkdaşıdır. Teymur bankın mühafizəçisi, Talıb isə kredit mütəxəssisi işləyib.

Məhkəmədə Talıb Mustafayev atasının əmisi oğlu olan Teymura ağır cəza verilməsini tələb edib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Teymur Mustafayev 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ