Sizin reklam burada
Sizin reklam burada

Müstəqilliyimizin Bərpası Günü 18 oktyabrdır!

Müstəqilliyimizin Bərpası Günü 18 oktyabrdır!

Azərbaycan dövlət müstəqilliyini 20-ci əsrin əvvəlində əldə edib. 1918-ci ildə ölkəmizdə ilk demokratik respublika yaradan Azərbaycan xalqı daha sonra baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində milli azadlığından, dövlət müstəqilliyindən məhrum olmuşdu. 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir.

Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir. Respublikamızın dövlət müstəqilliyini dünyanın bütün ölkələri tanımış, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına daxil olmuş və dünyanın böyük beynəlxalq təşkilatlarının üzvü olmuşdur. Ötən illər ərzində Müstəqil Azərbaycan Respublikası böyük sınaqlardan keçərək möhkəmlənmişdir. Əldə edilmiş müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında torpaq məsələsinin xalqımızın tarixində əsas amal olduğunu göstərərək deyirdi: “Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir.

Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir”. Fəxr edirik ki, Ümummilli liderimizin siyasətini və ideyalarını möhtərəm Prezidentimiz İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil.

44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və ondan sonra keçirilən lokal xarakterli antiterror təbdbirlərinin sonucu olaraq Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, bizim Şanlı Bayrağımız vaxtıilə işğal olunmuş bu gün isə Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi, ordumuzun gücü, Şəhidlərimizin qanı, Qazilərimizin sağlamlığı hesabına Xocalıda, Ağdərədə, Xocavınddə, Əskəranda, Sərhəngdə və Xankəndində dalğalanır. Biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.
Sonda bir daha bu gözəl günləri bizə bəxş edən Cənab Prezidentimiz başda olmaqla bütün xalqımızı ürəkdən təbrik edirəm!



Aydın Bəşirov
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ