arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi

Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi
“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”də və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də bir sıra dəyişikliklər edilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 noyabr tarixli 1888 nömrəli Fərmanına əsasən edilib.

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 2.7.3-cü yarımbəndinə edilən dəyişikliyə əsasən “Azərbaycan dili” fənnindən fəlsəfə doktoru imtahanının verilməsi tələbi yalnız dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbilər və vətəndaşlığı olmayan iddiaçılar üçün məcburi olacaq.

Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi zərurəti təmin edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ