




Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 16 may 2025-ci il tarixində Şəki-Zaqatala və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə konsert keçirilib.
Ağdaş rayon Heydər Əliyev Mərkəzində baş tutan konsertdə Şəki-Zaqatala və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Konsert proqramında Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərindən ibarət ansamblın və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əməkdaşkarının ifasında şairin şeirlərinə bəstələnmiş musiqi nömrələri və dillər əzbəri olan şeirləri səsləndirilib.
Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə yaradıcılığına həsr olunmuş konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
#Azərbaycan #MədəniyyətNazirliyi #MərkəziAranRMİ #ŞəkiZaqatalaRMİ #BəxtiyarVahabzadə100 #ədəbiyyat #mədəniyyət