Sizin reklam burada
Sizin reklam burada

"Bəxtiyarın söz dünyası" adlı ədəbi-bədii gecə keçirilib

12 may 2025-ci il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş "Bəxtiyarın söz dünyası" adlı ədəbi-bədii gecə keçirilib.
Gecədə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, Şəki şəhər Heydər Əliyev Mərkəzinin və B.Vahabzadənin Ev muzeyinin direktoru, yerli yazarlar və ictimaiyyət nümayəndələri iştirak edib.
B.Vahabzadənin Ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli çıxış edərək şairin zəngin ədəbi-bədii irsi, geniş bədii yaradıcılıq yolundan, elmi və pedaqoji fəaliyyətindən danışıb, onun fəal vətəndaşlıq mövqeyi ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə ən qiymətli səhifələr yazdığını vurğulayıb.
Tədbirdə Xalq şairi B.Vahabzadənin şeirləri və sözlərinə yazılmış musiqi nümunələri səsləndirilib. Sonda xatirə şəkli çəkilib.
#vahabzade #yubiley #mədəniyyət #ədəbiyyat #İncəsənət

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ