Sizin reklam burada
Sizin reklam burada

“Narkotik uşaq oyunu deyil” mövzusunda maarifləndirici görüş keçirildi

15 may 2025-ci il tarixində İsmayıllı rayon A. Məmmədov adına Diyallı kənd tam orta məktəbdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Narkotik uşaq oyunu deyil” mövzusunda maarifləndirici görüş keçirildi.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov, idarənin Gənclərlə iş sektorunun əməkdaşı Cavid Qubadov, İsmayıllı rayon A.Məmmədov adına Diyallı kənd tam orta məktəbin direktoru Şəmsiyyə Əhmədova, direktor müavini Ülvi Osmanlı və məktəbin şagirdləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd şagirdlərə narkotik vasitələrin insan sağlamlığına, psixologiyasına və gələcək həyatına vurduğu ciddi zərərlər barədə məlumat vermək, onların bu təhlükəli vərdişdən uzaq durmalarını təşviq etmək, məsuliyyətli və sağlam düşüncəli gənclər kimi formalaşmalarına dəstək olmaq olmuşdur.
#AZEgənclərvəidman #birkimibirlikdə

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ