



16 may 2025-ci il tarixində Göyçay rayon Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubleyinə həsr olunmuş "Poeziyamızın parlaq siması" adlı tədbir keçirilib.
Göyçay rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və aparat işçiləri, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Göyçay rayon Komitəsinin sədri, ictimaiyyət nümayəndələri və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Göyçay” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Adil Məmməd çıxış edərək B.Vahabzadə ilə bağlı xoş xatirələrindən danışıb, şairin geniş yaradıcılıq yolundan, elmi və pedaqoji fəaliyyətindən söhbət açıb.
Tədbir boyunca rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında dahi şair Bəxtiyar Vahabzadənin şeirləri, şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.
#Azərbaycan #MərkəziAranRMİ #Göyçay #BəxtiyarVahabzadə100 #ədəbiyyat #mədəniyyət