Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) ən çox hərbi personala malik ölkələrin reytinqini dərc edib.
Reytinq yalnız aktiv hərbi qulluqçuların sayına əsasən tərtib edilib: ehtiyat qüvvələri və digər kateqoriyalı şəxsi heyət bu göstəricilərə daxil edilməyib.
İlk onluğa Çin başçılıq edir, ikinci pillədə Hindistan qərarlaşıb.
Türkiyədə aktiv hərbi qulluqçuların sayı 355 min nəfərdir.
Bu göstəriciyə görə, Türkiyə 35 ölkə arasında 13-cü yerdədir. Braziliya və Misir Türkiyədən öndədir, ardınca Meksika və Səudiyyə Ərəbistanı gəlir.
Ən aktiv hərbi personala malik ölkələrin reytinq siyahısı:
1. Çin – 2 milyon 35 min
2. Hindistan – 1 milyon 500 min
3. ABŞ – 1 milyon 340 min
4. Şimali Koreya – 1 milyon 280 min
5. Rusiya – 1 milyon 260 min
6. Ukrayna – 677 min
7. Pakistan – 660 min
8. İran – 610 min
9. Cənubi Koreya – 450 min
10. Vyetnam – 450 min
11. Misir – 438 min
12. Braziliya – 374 min
13. Türkiyə – 355 min
14. Meksika – 301 min
15. Səudiyyə Ərəbistanı – 257 min
16. Yaponiya – 247 min
17. Fransa – 204 min
18. Almaniya – 179 min
19. Polşa – 173 min
20. Əfqanıstan – 172 min
21. İsrail – 169 min
22. İtaliya – 160 min
23. Birləşmiş Krallıq — 141 min
24. İspaniya – 122 min
25. Argentina – 83 min

