Sizin reklam burada
Sizin reklam burada

“İranı məhv etməklə qlobal sülhə nail olarıq” - Trampdan növbəti HƏDƏ

“İranı məhv etməklə qlobal sülhə nail olarıq” - Trampdan növbəti HƏDƏ


ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasında bəhs etdiyi “İranın məhv edilməsi” mövzusuna yenidən toxunub.

O, bu barədə “Time” jurnalına müsahibəsində danışıb.

Amerika prezidenti əmindir ki, İslam Respublikası mövcud olduğu müddətdə sülhə nail olmaq mümkün olmayancaq.

Jurnalistlər özünü “sülh prezidenti” kimi təqdim edən siyasətçinin bütöv bir ölkəni xəritdən silmək ideyasını necə qəbul etdiyi ilə maraqlanıblar. Tramp cavab verib ki, məhz İran məhv etməklə qlobal sülhə nail olmaq mümkün olacaq. O, həmçinin İranla sülhün mümkün olduğuna inanmadığını da bildirib.

Trampın sözlərinə görə, İrana qarşı əməliyyatın müddəti onun öz qərarı ilə uzadılıb. O, bunu daha irəli getmək istəyi ilə izah edib. Amerika prezidenti əvvəlki mərhələdə dayana biləcəyini, lakin davam etməyə üstünlük verdiyini söyləyib. O, İranın iqtisadiyyatının, donanmasının və döyüş təyyarələrinin məhv edildiyini və ölkədə qiymətlərin 300% artdığını iddia edib. O, əməliyyatı ayrılmış vaxt ərzində başa vurduğunu əlavə edib.

Tramp bildirib ki, İranın növbəti sülh təşəbbüsünü qəbul etməyib. Onun şərtlərinin bir hissəsi “kifayət qədər yaxşı” görünməyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ